Bio Qida MMC haqqında
Bio Qida MMC (VÖEN: 1704041691) müştərilərinə yüksək keyfiyyətli və təbii qida məhsullarının təqdim olunması məqsədilə fəaliyyət göstərən yerli şirkətdir.
Məqsədimiz istehlakçılara təhlükəsiz, təbii və keyfiyyətli qida məhsullarını etibarlı şəkildə çatdırmaqdır. Satışa təqdim olunan bütün məhsullar qida təhlükəsizliyi tələblərinə uyğun olaraq istehsal edilir və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müvafiq laboratoriyalarında yoxlanıldıqdan və icazə verildikdən sonra satışa çıxarılır.
Məhsullarımızın keyfiyyətinin qorunması üçün onlar xüsusi soyuducu avadanlıqlarla təchiz olunmuş anbarlarda saxlanılır və sifarişlər soyuduculu nəqliyyat vasitələri ilə çatdırılır. Bu yanaşma məhsulların təzəliyini və təhlükəsizliyini son istehlakçıya qədər qorumağa imkan verir.
Bio Qida MMC olaraq müştərilərimizə təbii, keyfiyyətli və etibarlı məhsullar təqdim etməyi öz əsas prinsipimiz hesab edirik.